Narkotik alverçilərinə hökm oxundu, təqsirləndirilən zəxslər 12 il cəza alıb

img

24-11-2009 [05:31]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə külli miqdarda narkotik satışında təqsirləndirilən Biləsuvar rayon sakinlərinə hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Afət Şirinov və Əli Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitəni saxlama, satma) maddələri ilə ittiham olunub. Onlar 2008-ci ilin iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan İrandan qanunsuz yolla gətirilən 72 kq narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA