ABŞ səfirliyinin binası zirehli mazınlar və silahlı hərbçilərlə mühasirəyə alınıb (Yenilənib)

img

05-12-2009 [11:51]


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin qarşısında fövqəladə vəziyyət yaranıb. Müstəqil İnformasiya Agentlinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, səhər saatlarından başlayaraq ABŞ səfirliyinin binası zirehli maşınlar və silahlı hərbçilərlə əhatə olunub. Binanın yerləşdiyi əraziyə kənar şəxslərin yaxınlaşmasına icazə verilmir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bunun əvvəlcədən hazırlanmış bir təlim olduğunu bildirib: ?Daxili İşlər Nazirliyinin qüvvələri ilə ABŞ-ın ölkəmizdəki səfirliyinin təhlükəsizlik xidməti əməkdaşlarının birlikdə keçirdiyi təlim məşq toplanışıdır. Bu, əvvəldən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilib. Burada məqsəd odur ki, gələcəkdə baş verə biləcək hər hansı bir təhdidin, terror aktının qarşısının alınmasında DİN və ABŞ səfirliyinin mühafizə əməkdaşlarının peşəkarlağını daha da artırmaqdır?. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bu barədə məlumat verə bilməyəcəklərini, bazar ertəsi əlaqə saxlamağı məsləhət bildilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA