Hərbi hissə komandirini həbs etmək istəyirlər

img

18-11-2009 [02:56]


2008-ci ilin yanvar ayının 29-da Azərbaycan Silahlı Qüvvələrinə məxsus ?MİQ-29? hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı başlanmış cinayət işi üzrə istintaq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yekunlaşmaq üzrədir. Hərbi prokurorluqdakı mənbələrdən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, iş yaxın günlərdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək. Məlumatda bildirilir ki, sözügedən cinayət işi ilə bağlı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Aviasiya Eskadreliyasının bir neçə zabiti istintaqa cəlb olunub. Məlumata görə, sözügedən hərbi hissənin komandirinin də həbsi gözlənilir. Qeyd edək ki, yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış ?MiQ-29? döyüş təyyarəsinin hər iki pilotu - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar. Xatırladaq ki, həmin təyyarə Ukraynadan 2006-cı ilin sonlarında alınmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA