Müstəntiq prokurorluq orqanlarından xaric edilib

img

26-11-2009 [04:53]


Qusar rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov prokurorluq orqanlarından xaric edilib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, noyabrın 25-də verilən əmrlə Ələmşah Şükürov rütbədən də məhrum olunub: ?Prokurorluq orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına yol verən və vəzifələrindən sui-istifadə edən prokurorluq əməkdaşlarına qarşı ən qəti tədbirlərin görülməsi təmin edilir. Ələmşah Şükürov da prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və ?Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi?nin tələblərini kobud şəkildə pozduğuna görə cəzalandırılıb. Noyabrın 25-də verilən əmrdə Ələmşah şükürov rütbədən də məhrum olunub. Aparılan araşdırmalarla müəyyən edilib ki, Ələmşah Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq yararlanmaqla vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib. Bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub?. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə cinayət işi başlaıb. Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA