MTN Nəqliyyat Nazirliyinin məsul əməkdazını həbs edib

img

17-11-2009 [03:56]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) Nəqliyyat Nazirliyinin məsul əməkdaşlarından birinə qarşı əməliyyat keçirib. Müstəqil İnformasiya Agentliyinin ciddi mənbələrdən aldığı məlumata görə, MTN-nin bu əməliyyatı keçirməsinə səbəb Nəqliyyat Nazirliyinin həmin əməkdaşının nazir Ziya Məmmədovun telefon və digər danışıqlarını səsyazma vasitələri ilə gizli qeydə alması olub. Verilən məlumatlara görə, Nəqliyyat Nazirliyinin həmin əməkdaşı Ziya Məmmədov haqqında topladığı kompormatları onun hakimiyyət daxilindəki əleyhdarlarına ötürürmüş. Nazirlik əməkdaşının qanunsuz əməlini MTN aşakara çıxarıb və həmin əməkdaş hazırda həbsdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA