Oğurluq və soyğunçuluqla məzğul olan 7 nəfər həbs olundu

img

21-10-2009 [02:19]


DİN Baş Mühafizə İdarəsi və Xətai RPİ-nin 35-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahirə Həsənovaya qarşı soyğunçuluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Qibləliyev yaxalanıb. Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları isə Yeni Avtovağzalın ərazisində Ağsu rayon sakini İznulla Mirzəyevə məxsus 150 manatını cibindən oğurlamış Sumqayıt şəhər sakini Ramil Muradovu həbs ediblər. R.Muradovun üstünə baxış zamanı 0,209 qram heroin aşkar edilərək götürülüb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur Səfərova məxsus köşkdən oğurluq etmiş Keşlə qəsəbə sakini Məcnun Məmmədov tutulub. Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları isə Müşfiq Əliyevə qarşı soyğunçuluq etmiş Zabrat qəsəbə sakini Ramin Mirzəyevu yaxalayıblar. Xətai RPİ 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi Gülməmmədovun mənzilindən oğurluq etmiş Bakı şəhər sakini Fərid Hacıyev tututlub. Sumqayıt ŞPİ-nin əməkdaşları isə R.Məmmədova və N.Əliyevə məxsus bağ evlərindən oğurluq etmiş Sumqayıt şəhər sakini Elçin Baxışovu həbs ediblər. Lənkəran polisi F.Şümalova məxsus mobil telefonları oğurlamış Liman şəhər sakini Orxan Quliyevi həbs edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA