iqtisad Universiteti müəlliminin telefonunu oğurlayan qadın yaxalandı

img

06-11-2009 [04:12]


gn=left]2010/cinayetkar._1.jpg[/libt] Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini Günay Seyfullayevaya qarşı zor tətbiq edərək 1 ədəd mobil telefonunu və çantasını ondan alıb. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Akif Canəliyev tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmira Şahvələdovaya qarşı soyğunçuluq etmiş Biləcəri qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Anar Mehdiyev tutulub, Maarif Hüseynov isə müəyyən edilib. Bu il oktyabrın 13-də İqtisad Universitetində, oranın müəllimi Fəridə Fərəcovaya məxsus mobil telefon naməlum şəraitdə oğurlanıb. Səbail RPİ 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Lətafət Məhərrəmova həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA