Müğənni Röya yeni doğulan uzağının 40 günlüyünü qeyd edəcək

img

17-11-2009 [02:48]


Müğənni Röya yeni doğulan uşağının 40 günlüyünü qeyd etməyə hazırlaşır. Mərasimin harada keçirilməsini hələ ki müəyyən etməyən Röya Hüseynin 40 günlüyünü öz yaxınları ilə də olsa keçirmək fikrindədir. Müğənninin prodüsseri Kənan Məmmədovun 1news-a verdiyi məlumata görə, Röya da, uşaq da özlərini yaxşı hiss edirlər. Başı övladına qarışan Röya yaradıcılığını arxa planda qoymur. Belə ki, müğənni yaxın günlərdə yeni bir layihə ilə tamaşaçıların görüşünə gəlmək üçün prodüsser mərkəzlərindən biri ilə danışıqlar aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR