Bakıda ər arvadını qətlə yetirdi sonra öz boğazını kəsdi

img

16-11-2009 [11:29]


Bakının Xətai rayonunda ər həyat yoldaşını qətlə yetirib. Xətai rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Şirvani 9, mənzil 108-də yaşayan 46 yaşlı Tahir Bağırov 44 yaşlı həyat yoldaşı Sümuzər Bağırovanı qətlə yetirib. T.Bağırov həyat yoldaşını öldürdükdən sonra öz boğazını bıçaqla kəsərək intihara cəhd edib. Xəstəxanaya çatdırılan T.Bağırovun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Xətai rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA