Ələt-Gəncə zossesində dəhzətli qəza: bir ailənin bez üzvü öldü

img

15-11-2009 [02:07]


Ötən axşam Ələt-Gəncə şosessinin Ucar rayonu ərazisindən keçən 239-cu kilometrliyində ağır yol qəzası baş verib, bir ailənin beş üzvü həlak olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ?VAZ-21015? markalı avtomobillə ?MAZ? markalı yük maşını toqquşub. Bakının Xətai rayonunun 35 yaşlı sakini Aydın Şirinovun idarə etdiyi yük maşınının üzərində iki ağır texnika olub. ?VAZ-21015?-dəkilərin hamısı bir ailənin üzvləri olublar və Laçın rayonunun Qarakeçid kənd sakinlərifirlər. İlkin ehtimallara görə, onlar Ağdaş rayonundan toy mərasimindən qayıdırlarmış və Zərdab rayonu ərazisindən Ələt-Gəncə şossesinə çıxaraq, Bakıya doğru hərəkət ediblər. Naməlum səbəblərdən onların olduğu avtomobil Gəncə istiqamətində hərəkət edən ağır yük maşını ilə toqquşub. Nəticədə maşındakıların hamısı- sürücü Ağəli Şahverdiyev (40 yaş), sərnişinlərdən Kərəm Şahverdiyev (76 yaş), Nəcəfəli Şahverdiyev (yaşı məlum deyil), Mahizər Şahverdiyeva (yahı məlum deyil) və Türkanə Şahverdiyeva (9 yaş) həlak olublar. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat Şöbəsinin müstəntiqi Mahmud Maqsudov ANS PRESS-ə bildirib ki, qəzanın səbəbləri araşdırılır. Amma ilkin versiya ondan ibarətdir ki, qəzaya yüksək sürət səbəb olub. Hadisənin baş verdiyi ərazidə maksimal sürət 60 km/saat olsa da, qəzaya düşən maşınların sürətinin bundan çox yüksək olduğu güman edilir. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtotexniki ekspertizadan sonra bəlli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA