Moskva-Bakı dəmir yolunda partlayız baz verib

img

13-11-2009 [02:49]


Moskva-Bakı dəmiryolunun Dağıstandan keçən hissəsində partlayış olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, partlayış əvvəlcədən quraşdırılmış bombanın partlaması nəticəsində olub. Rusiyanın Dağıstan üzrə Federal Təhlükəsizlik Xidməti İdarəsinin ictimaiyyətlə əlaqələr xidmətindən ?İnterfaks?a verilən məlumatına görə, hadisə bu gün təxminən saat 11.00-da baş verib. Bomba, partlayıcı qurğu mühəndislərinin onu zərərsizləşdirməyə başlamasından əvvəl işə düşüb. Partlayış nəticəsində xəsarət alan olmasa da, dəmiryolunun bir hissəsi dağılıb. İlkin məlumata görə, partlayış baş verən yerdən bir az aralıda daha bir partlayıcı qurğu tapılıb. Hadisə Şimali-Qafqaz dəmiryolunun Qayakənd və Berikey yaşayış məntəqələri arasındakı hissəsində baş verib. Bomba bu gün səhər saat 8:00 radələrində yol baxıcıları tərəfindən aşkarlanıb. Hazırda dəmiryolunda qatarların hərəkəti dayandırılıb. Mahaçqala dəmiryolu vağzalından verilən məlumata görə, hazırda Bakı-Xarkov qatarı Qayakənd dəmiryolu stansiyasında saxlanılıb. Mahaçqala-Dərbənd qatarının səfəri isə ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA