Bakıda valyutadəyizmə məntəqəsinə silahlı basqın olub

img

12-11-2009 [01:01]


Bu gün Bakının Nərimanov rayonunda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub. Nərimanov rayon prokurorundan verilən məlumata görə, naməlum şəxs bu gün saat 09.00 radələrində ?Debütbank?ın Atatürk prospektində 24 sayı valyutadəyişmə məntəqəsinə hücum edib. Kağıza bükülmüş boruya oxşar dəmirlə silahlanmış şəxs valyutadəyişmə məntəqəsinə daxil olaraq məntəqə əməkdaşı 21 yaşlı Tərlan Məlikova xəsarət yetirərək kassadan 7 min manat pul aparıb. T.Məlikov xəsarətlə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Nərimanov rayon prokurorunun müavini Cavid Quliyevin ANS PRESS-ə deyib ki, həmin şəxs bankın qarşısında dayanmış Rəşid Abbasova məxsus 90 FR 828 dövlət nömrə nişanlı KİA Optima markalı avtomobilə əyləşib. O, sürücünü tapança ilə hədələyərək maşını sürməyi tələb edib. Bankın işçiləri banka məxsus avtomobillə onun arxasınca düşüblər. Bunu görən həmin şəxs arxadan gələnlərə atəş açıb. Avtomobilin ön şüşəsindən dəyən güllə xoşbəxtlikdən heç kəsə xəsarət yetirməyib. Həmin şəxs Ziya Bünyadov prospektində avtomobili saxlatdıraraq maşını tərk edib. O, qaçarkən sürücünün gödəkçəsini də almağı unutmayıb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində AR CM-nin 181-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA