Bərdədə oğul 46 yazlı anasını pozğunluq etdiyinə görə öldürdü

img

03-11-2009 [01:02]


Bərdə rayonunda ağır qətl hadisəsi baş verib. 23 yaşlı Nicat Qarayev 46 yaşlı anası Zemfira Novruzovanı ürəyindən bıçaqlayaraq öldürüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hadisə bu gecə saat 02.00 radələrində baş verib. Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, qətl qısqanclıq zəminində törədilib. N.Qarayev polisə verdiyi ifadəsində anasını pozğunluq etdiyinə görə öldürdüyünü bildirib. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA