Sumqayıt sakini əri ilə dalazdı, özünü eyvandan ataraq intihar etdi

img

05-11-2009 [11:56]


Sumqayıtda 21 yaşlı qadın özünü yaşadığı evin eyvanından ataraq intihar edib. Bu barədə Sumqayıt şəhər Prokurorluğundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, gecə saat 00.40 radələrində 5-ci mikrorayonda yaşayan 21 yaşlı Tahirə Rüstəmova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən aşağı atıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Belə ki, həyat yoldaşı ilə mübahisə edən T.Rüstəmova əsəbləşərək özünə qəsd edib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA