Su quyularının elektrik kabelini oğurlayan zəxs həbs olundu

img

30-10-2009 [02:58]


Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazangül qəsəbəsi ərazisində Şəki şəhər Subartezian Quyularının İstismarı İdarəsinə məxsus elektrik kabelini kəsərək oğurlamış Zaqatala rayon sakini Bilal Bodurov həbs olunub. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində, naməlum şəxs Pakistan vətəndaşı Naemə Muhammada qarşı zor tətbiq edərək pul verməsini tələb edib və 1 ədəd saatını əlindən alıb. Əzizbəyov RPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Pirallahı qəsəbəsi sakini Elçin Mansumov tutulub, ondan 0,288 qram heroin götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA