Qobustan həbsxanasında ömürlük məhbus intihara cəhd edib

img

28-10-2009 [07:34]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasında cəza çəkən ömürlük həbsə məhkum edilmiş məhbus Zaur Süleymanov intihara cəhd edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ömürlük Məhbusların Hüquqları Müdafiə Komitəsinin rəhbəri Müslümət Rzaxanova məlumat verib. Onun sözlərinə görə, məhbusun intihara cəhd etməsinin səbəbi dəfələrlə döyülməsi olub: ?Ona neçə vaxtdır ki, döyürlər. Hələ keçən ayın 27-də bir dəfə döymüşdülər və şikayət etdiyinə görə ?kars?a atmışdılar. Bu qədər işgəncəyə dözmədiyinə görə kəsici alətlə özünə xəsarət yetirərək, intihara cəhd edib. Atası da oğluna verilən işcəncələrdən xəbər tutandan sonra rəhmətə gedib. İndi də bütün bunları ört-basdır etməyə çalışırlar?. M.Rzaxanova onu da bildirirb ki, digər məhbus Cəfər Mirzəyev isə vəhşicəsinə döyüldüyünə görə xstəxanaya aparılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıxov Müstəqi İnformasiya Agentliyinə açıqlamasında faktı təkzib edərək belə bir hadisənin baş vermədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA