Oksana Rəsulova: ?Erməni münsif mənə ən yüksək xalı verdi?

img

27-10-2009 [06:57]


27 yaşlı rəqqasə Oksana Rəsulova ilk klipini jurnalistlərə təqdim etdi. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, klipdə gənc hind xanımının sevgi xəyalları diqqət önünə çəkilib. Oksana xanım öz rolunun öhdəsindən peşəkarlıqla gəlsə də, çəkilişlər tədbir iştirakçılarını qane etmədi. Bunun səbəbi kimi bəzi kadrların yarımçıqlığı idi. Yəqin ki, bu səbəbdən də rejissor özü təqdimatda iştirak etmirdi. Ümumilikdə isə təqdim olunan iş xoş təəssürat bağışlayırdı. Oksana xanımı təbrik etməyə onun sənət dostları ? xalq artisti Flora Kərimova, Faytonçu Nazim, Namiq Qaraçuxurlu, Xuraman Şuşalı, bəstəkar Vüqar Camalzadə və başqaları gəlmişdilər. Onlar bu istedadlı rəqqasənin gələcəkdə daha böyük uğurlar qazanacağına əmin olduqlarını bildirdilər. Təqdimat zamanı Oksana özü haqla da geniş məlumat verdi. Məlum oldu ki, Şirvan şəhərində doğulan Oksana uvun müddət Rusiyada yaşasa da uşaq vaxtlarından hind rəqslərinə maraq göstərib. Maraqlıdır ki, bu rəqslərə peşəkar təlim görmədən yüksək səviyyədə yiyələ bilən həmyerlimiz Rusiyada keçirilən hind rəqsləri üzrə bir neçə beynəlxalq müsabiqədə 1-ci yerə sahib olub. Maraqlıdır ki, iştirak etdiyi sonuncu müsabiqədə hətta erməni əsilli münsif onun bacarığına mat qalaraq ən yüksək xalı verib. Onu da deyək ki, bu müsabiqələrdən sonra rəqqasəmiz Hindistanda keçirilən müxtəlif festivallara və teleproqramlara dəvət alıb. Gələn ilin fevral ayında Hindistanda keçiriləcək festivalda Oksana artıq Rusiyanı deyil, Azərbaycanı təmsil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:28 14.06.2025

Bu gün “Son zəng”dir