Biləsuvarda saxta əskinas hazırlayan dəstə ilə bağlı cinayət izi bazlanıb

img

24-10-2009 [01:51]


Xəbər verdiyimiz kimi, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Müşfiq Poladova saxta 50 manatlıq əskinas verərək ondan ərzaq məhsulu almağa cəhd göstərmiş İsmətli kənd sakini Əli İbayev, Süleyman Litfizadə, Cavid Əbilov və Vüqar İbayev həbs olunublar. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyimiz məlumata görə isə tutulanlardan Əli İbayev və Vüqar İbayev qardaşdılar. Dəstə üzvlərindən yalnız birinin evindən 25 min manat saxtda əskinas və onların çap olunduğu printer aşkar edilərək götürülüb. Məlum olub ki, tutulan şəxslər saxta pulların hazırlanması ilə uzun müddətdir məşğul olurlar. Mənbənin bildirdiyinə görə, polis əvvəlcə 13 nəfəri həbs edib. Onlar bu işlə çoxdan məşğul olublar. Əməliyyat qrupuna daxil olan polislərdən biri həmin dəstə ilə sıx münasibət yaradıb və onlarla dostluq etməyə başlayıb. Dəstə üzvləri isə arada həmin polisə də saxta pullardan verirmişlər. Beləliklə, bu işlə məşğul olan şəxslərin konkret dairəsi müəyyən ediləndən sonra əməliyyat keçirilib və onların hamısı həbs olunublar. Əldə etdiyimiz məlumata görə, həbs olunanlar arasında bir orta məktəb müəllimi də var, o öz şagirdlərinə qoşulub saxta əskinas hazırlaqla məşğul olurmuş. Lakin hələlik bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb. Araşdırmalarımız davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA