ANAMA 3 min kvadratmetrə yaxın ərazini minalardan təmizləyib

img

09-11-2009 [03:56]


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ötən ay 2 827 520 kvadrat metr ərazini yoxlayaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. ANAMA-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nəticədə 16 248 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılıb. Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Ay ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb. Qeyd edək ki, indiyədək ANAMA cəmi 115 803 002 kvm ərazini minalardan təmizləyib. Nəticədə 504 396 mina və PHS tapılaraq zərərsizləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA