Polis gücləndirilmiz iz rejiminə keçdi; DiN əməkdazları zirehli geyim və avtomatla silahlanıblar

img

20-10-2009 [11:47]


Bu gün səhər saatlarından etibarən, Bakı-Sumqayıt yolunda, paytaxtın girişində polis postlarında ciddi yoxlamalara başlanılıb. Müstəqil İnformasiya Agentliyinin (MİA) xəbərinə görə, əsasən yol patrul xidməti postlarında avtomobillər saxlanılaraq, yoxlanılır. Diqqətçəkən məqamlardan biri də odur ki, yoxlama aparan polis əməkdaşları zirehli geyimdə və avtomatla silahlanıblar. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov MİA-ya bildirib ki, bu, cinayətkarlığa qarşı mübarizə məqsədiylə keçirilən tədbirdir. Polisin gücləndirilmiş iş rejiminə keçməsinin dünən Ağdaş rayonunda baş verən silahlı toqquşma ilə bağlı olub-olmadığına gəlincə, DİN sözçüsü ?Bu cür tədbirlər adətən, ümumən cinayətkarlığa qarşı mübarizə məqsədiylə keçirilir. İndi bunu nə ilə bağlı keçirirlər, onu tədbiri həyata keçirən orqanlar bilir. Ona görə də narahatlığa heç bir əsas yoxdur?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA