Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

img

08-10-2009 [02:50]


Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, palatanın iclasında Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və ?Konstitusiya Məhkəməsi haqqında? qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş Feyruz Şamil oğlu Məmmədovun, həmçinin digər iş üzrə vətəndaş Teryoxin Vladimir Qriqoryeviçin şikayətlərinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb. Şikayətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun cari ilin müvafiq olaraq oktyabrın 10-na və noyabrın 9-na təyin edilmiş iclaslarında baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA