Oğurluqla məzğul olan 9 nəfər həbs olundu

img

16-10-2009 [03:33]


Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid Məmmədova məxsus mağazadan oğurluq etmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Xəlilov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Gülxar İsgəndərlinin mobil telefonunu oğurlaması müəyyən edilib. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirin Dumanovanın evindən oğurluq etmiş Yeni Həyat kənd sakini Elman Hüseynov yaxalanıb. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Tarverdi Hümbətovun inəyini oğurlamış Ağayrı kənd sakinləri Anar Hüseynov, Məzahir Şükürov və onun qardaşı Xalid tutulublar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bədəlovun evindən oğurluq etmiş Əmircan qəsəbə sakini Elnur Çağlarov da həbs olunub. Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları isə Vüsal Kazımovun və Kəşmir Ağalarovun avtomaşınlarından oğurluq etmiş Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Emil Nəsibovu yaxalayıblar. Yasamal rayonu D.Bünyadzadə küçəsində yaşayan Vüqar Səmədova məxsus mobil telefon, qızıl və geyim əşyaları naməlum şəraitdə oğurlanıb. Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları hadisəni törətmiş Bakı şəhər sakini Razi Məmmədovu həbs ediblər. Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aysel Xıdırovanın mobil telefonlarını oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA