Paytaxtda ağır yol qəzası: 1 ölü, 5 yaralı var

img

20-10-2009 [02:26]


Bakı şəhərində 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaradağ rayonunda "VAZ", "QAZ" markalı 2 ədəd minik və "QAZel" markalı yük avtomobili toqquşub. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, nəticədə 5 sərnişin xəsarət alıb, 65 yaşlı Sədiqə Nəsirova isə hadisə yerində ölüb. Avtomobillər qəza nəticəsində deformasiyaya uğradığından sərnişin və sürücülər maşında sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə gələn xilasedicilər S.Nəsirovanın cəsədini və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA