Bakıda yazayız binasında qaz sızmasından güclü partlayız olub

img

16-10-2009 [01:46]


Bakı şəhərində yaşayış binasında partlayış olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatına görə, bu gün saat 06.35 radələrində Xətai rayonu Gəncə prospektindəki daşdan tikilmiş 5 mərtəbəli 44 nömrəli evin 78-ci mənzilində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə mənzilin sahibi Rəvanə Məlikova və onun oğlu Amil xəsarətlə xəstəxanaya yerləşdirilib. Partlayış dalğası nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA