Bakıda üç qadın oğurluq etdi, onlardan ikisi həbs olundu, digəri axtarılır

img

16-10-2009 [03:31]


Bakı şəhər sakini Əkbər Əliyevin mənzilindən 650 manat, 650 dollar, şəxsi sənədləri və ev əşyaları naməlum şəraitdə oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nazirə Məmmədova həbs olunub, Tamella adlı şəxs isə müəyyən edilib. Bakının F.X.Xoyski prospektində yaşayan Nazim Feyziyevin mənzilindən isə qızıl əşyaları naməlum şəraitdə oğurlanıb. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Günay Həsənova tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA