Bakı Dövlət Sirki maraqlı proqramlar təqdim edəcək

img

12-10-2009 [04:42]


Bakı Dövlət Sirki yeni mövsümünü açmaq üzrədir. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümmətovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, oktyabrın 30-da sirkin qapıları balaca tamaşaçıların ixtiyarına veriləcək. Oktyabrın 30-da başlayan tamaşa noyabrın 15-nə kimi davam edəcək. Tamaşada ukraynalıların sirk proqramı nümayiş etdiriləcək. Əhilləşdirilmiş heyvanlarla bağlı nömrələr, akrobatlar, kulonlar və sairlə 35-ə yaxın heyət üzvünün 2 saat ərzində çıxış edəcəyi gözlənilir. M.Hümmətov bildirib ki, başqa mədəniyyət və teatr ocaqları ilə müqayisədə Bakı Dövlət Sirkində biletlərin qiymətində dəyişmə olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR