Dörd yol qəzasında 4 nəfər həlak oldu

img

10-10-2009 [01:45]


Abşeron rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Mingəçevir şəhər sakini Anar Yusifov vurulub. Nəticədə A.Yusifov hadisə yerində ölüb. Cəlilabad rayonu ərazisində, rayon sakini Coşqun Məmmədov idarə etdiyi ?VAZ-2107? markalı avtomaşınla Qarazəncir kənd sakini Rəvan Məmmədovu vurub. Nəticədə R.Məmmədov hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Şahin Əkbərovun idarə etdiyi ?Mercedes? markalı və Saatlı rayon sakini Rafiq Mövsümovun idarə etdiyi ?Qazel? markalı avtomaşınlar toqquşub. Nəticədə Ş. Əkbərovun sərnişini, Bakı şəhər sakini Rəfiqə Heydərova hadisə yerində ölüb, xəsarət almış hər iki sürücü isə xəstəxanaya yerləşdirilib. Nərimanov rayonu H.Əliyev prospektində Tovuz rayon sakini Rasim Kərimov idarə etdiyi ?Kamaz? markalı avtomaşınla Lənkəran şəhər sakinləri Rüstəm Fərəcovu və onun arvadı Rəxşəndəni vurub. Nəticədə xəsarət almış R.Fərəcov və Rəxşəndə xəstəxanaya yerləşdiriliblər. R.Fərəcov orada ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA