07-10-2009 [12:51]
Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə Sumqayıt şəhər sakini Həsənov Əhməd Məhəmməd oğlunun məhkəməsi keçirilib. Bu şəxs aralarında ailə-məişət mübahisəsi zəminində arvadı Akifə Həsənovanı qətlə yetirməkdə təqsirli bilinib.
Məhkəmə yolu ilə müəyyən edilib ki, ər-arvad arasında tez-tez münaqişələr yaşandığı üçün Akifə Həsənova daimi yaşadığı evdən çıxaraq kirayə tutduğu evə köçüb. Əhməd Həsənvov ailə üzvlərindən arvadının ona xəyanət edərək yüngül həyat tərzi keçirməsi barədə məlumat alıb. Buna görə də arvadını öldürmək qərarına gəlib. Bu məqsədlə də yaşadığı evin yaxınlığına gedərək onun evdən çıxmasını gözləyib. Bir neçə dəqiqədən sonra Akifə qapını açıb mənzildən çıxmaq istədikdə Əhmədi görüb və onu itələyərək qışqırıb özünü ümumi eyvana atıb. Onlar əlbəyaxa olaraq buz bağlamış ümumi eyvanın döşəməsinə yıxılıblar. Əhməd Akifəni sürüyərək otağa salıb, mənzildən götürdüyü baltanın küpü ilə Akifənin alın nahiyəsinə bir neçə zərbə vurub. Sonra mətbəx bıçağı götürərək qadının döş qəfəsinə bir neçə zərbə endirib. Akifə Həsənova aldığı xəsarətlərdən dünyasını dəyişib.
Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsindən: ?1981-ci ildə Məhərrəmova Akifə Cəlil qızı ilə ailə qurmuşam. 2007-ci ilin yayında ailə üzvlərimdən eşitmişəm ki, Akifə bir neçə dəfə cibimdən pul götürüb. Bu barədə Akifədən soruşanda o, pulun qızım Təhminə tərəfindən götürüldüyünü bildirdi. Buna görə Təhminəni danladım. 2007-ci ilin oktyabrında yenə cibimdən pul oğurlanmışdı. Bu səbəbdən qızım Təhminəni danladım, Akifə ilə isə mübahisə edib onu sillə ilə vurdum. Akifə küsüb evdən getdi, əvvəlcə bacım Tellinin, sonra qardaşım Qənimətin evində bir neçə gün qaldı. Sonra isə qardaşı Arif Məhərrəmovun Sumqayıt şəhəri, 17-ci mikrorayondakı 36 saylı evdəki boş mənzilinə köçdü. Mən Akifəni evə qaytarmaq məqsədi ilə qardaşlarımla və bacımla birlikdə həmin evə dəfələrlə gedərək Akifəylə söhbət etdim. Ancaq Akifə evə qayıtmaq istəimrdi. Akifə 2007-ci ilin dekabr ayının 9-da oğlum Siracın vəfat etməsinin bir ili ilə bağlı keçirilən yas mərasiminə də gəlmədi. Yas mərasimindən sonra qızım Təhminə və gəlinim Sevər onun pozğunluqla miəşğul olduğunu, müxtəlif kafelərdə ayrı-ayrı kişilərlə görüşüb spirtli içkilər qəbul etdiyini, bu azmış kimi, qızımla gəlinimə də pozğun təkliflər etdiyini bildirdilər. Mən bütün bunları aydınlaşdırmaq və Akifəni məzəmmət edib evə qaytarmaq məqsədilə onunla görüşmək istədim. Bir neçə dəfə qaldığı evə getdim, ancaq onu evdə tapa bilmədim. Keçən il dekabrın 23-də növbəti dəfə qaldığı evə gəlib yenə də onu evdə tapmayanda evin giriş qapısının yanında divara yazdım ki, ?sənin pis yola düşdüyündən xəbərdaram, gözümə görünmə?. Buna görə də Akifə polisə məndən şikayət etmişdi və dekabrın 26-da məhkəmə qərarı ilə mənə 10 sutka həbs cəzası verildi. Yanvarın 5-də həbsdən buraxıldım. Yanvarın 13-də səhər saat 8 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayondakı 36 saylı evin yanından keçdikdə Akifənin yaşadığı 38-ci mənzildə işığın yandığını gördüm. Akifənin evdə olduğunu bilərək söhbət etmək üçün binaya girdim, bu vaxt Akifənin mənzildən çıxdığını görüb ona yaxınlaşdım. Akifə məni görərək qışqırıb özünü evin içərisinə atdı. Mən də onun ardınca evə girdim, əlbəyaxa olduq. Əlimlə ağzını tutub dedim ki, səninlə söhbət etməyə gəlmişəm, ya tutduğun yoldan qayıt, ya da səni öldürəcəyəm. Akifə sakitləşəndən sonra soruşdum ki, mənin barəndə gəzən söz-söhbətlər doğrudur? O isə cavab verdi ki, ?səninlə yaşamaq istəmirəm, işimə qarışma, mənim öz həyatım var?. Sonra yenə qışqırmağa başladı, mən mətbəxə balta götürdüm, baltanın küpü ilə Akifənin alnına bir dəfə zərbə vurdum. Zərbədən Akifənin alnından qan açıldı, mən peşman olub baltanı kənara tulladım, onu döşəmədən durğuzub stula oturtdum, yaylığı suda isladıb alnına qoydum. Akifə bir qədər sakitləşəndən sonra yenə soruşdum ki, axı nəyə görə ailəni, uşaqlarını biabır eləyirsən. Akifə qışqıraraq məni söyməyə başladı, sonra biədəb şəkildə dedi ki, ?mal mənimdir, özüm bilərəm necə istifadə edirəm?. Mən hirslənib mətbəxə keçdim, bıçaq götürüb geri qayıtdım, Akifənin sinəsinə bıçaqla bir dəfə zərbə vurdum. Akifənin öldüyünü başa düşüb onu döşəyin üstünə uzatdım, qapını çöldən açarla bağlayaraq aşağı düşdüm, həyətdə əllərimi və bıçağı qarla yuyub bıçağı cibimə qoydum, vəfat etmiş oğlum Siracın qəbri üstünə yollandım. Yolda böyük oğlum Nicata zəng vurub anasını öldürdüyünü bildirdim. Nicat qışqırdı ki, ?ata, gəl evə?. Mən telefonu söndürüb qəbiristanlığa girdim, oğlumun qəbirinin üstündə ağladım, özümü öldürmək istəyirdim, tanışım, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Xələf Mənsimovun mobil telefonuna zəng vuraraq törətdiyim hadisə barədə məlumat verdim. O mənə səbirli olmağımı, onu gözləməyimi məsləhət gördü. Bir neçə dəqiqədən sonra oğlum Nicat, qardaşlarım Arzuman, Qənimət və Xələf Mənsimov qəbirsanlığa gəldilərÖ mən bıçağı Xələf Mənsimova təhvil verdim?.
Təqsirləndirilən şəxs onu da məhkəmənin nəzərinə çatdırıb ki, arvadından boşanmaq fikrində olub. Bununla əlaqədar vəkilə müraciət edərək ərizə də yazdırıb. Lakin Yeni il bayramı ərəfəsi ilə əlaqədar iş günləri olmadığı üçün ərizəni məhkəməyə təqdim edə bilməyib. Sonra 10 sutkalıq həbs, daha sonra bayram günləri onun məhkəməyə müracət etməsinin ləngiməsinə sıəbəb olub. Sonda qərara alıb ki, Akifə üçün ?samasud? qursun.
Məhkəmədə şahid qismində dindirilmiş müttəhimin qızı Təhminə Həsənova ifadəsində göstərib ki, təxminən 2000-ci ildən anasının ayrı-ayrı kişilərlə telefonla danışdığını dəfələrlə eşidib. Həmçinin mənzillərindəki telefona bir neçə dəfə tanımadığı kişilər zəng edərək anasını soruşublar. Anası isə həmin kişilərlə danışdıqdan sonra müxtəlif bəhanələr gətirirmiş. ?Atam evdə olmayan vaxtlarda anam müxtəlif bəhanələrlə evdən çıxır, bir neçə saatdan sonra geri qayıdırdı. Hərdənsə məni özüylə Heydər Əliyev parkına gəzməyə aparır, orada məni istəyən Samirə və onun Nizami adlı dostuna qoşularaq spirtli içkilər içirdi. 2007-ci ilin oktyabrında atam evdə olmayan vaxtı anam Samirlə Nizamini telefonla evə dəvət etdi, maqnitafonu qoşub onlarla rəqs etməyə başladı. Həmin ayın 26-da səhər dərsə gedərkən atamın cibindən icazəsiz 20 qəpik pul götürdüyüm üçün atam axşam məni danlayaraq üzümə sillə vurdu. Anam araya girəndə onu da vurdu. Anam küsüb evdən getdi. Bir neçə gün sonra zəng vurub dedi ki, dayımın boş qalmış evində yaşayır. Biz ona yorğan-döşək, televizor, qab-qacaq, və başqa ev əşyaları apardıq. Axırıncı dəfə mən həmin evə dekabrda getdim. Anam üçün xalça aparmışdım, içəri girəndə gördüm ki, Samir adlı həmin oğlan da evdədir. Özünü lap öz evindəki kimi aparır. Mən xalçanı otağın ortasına tullayıb evdən çıxdım və bir daha həmin evə getmədim. Çünki artıq mənə məlum olmuşdu ki, anam güya Samirin məni sevdiyini və mənimlə ailə quracağını deməklə məni aldadıb, əslində özü onunla vaxt keçirirmiş. Bundan sonra anamın ayrı-ayrı kişilərlə görüşdüyünü əmim Qənimətin arvadı Manyaya, daha sonra isə atama danışdım?.
Məhkəmədə şahid qismində dindirilmiş Sevər Əzizova da qayınanası Akifə Məmmədova barədə məhkəməyə ürəkaçan ifadə verməyib. O, ifadəsində göstərib ki, 9 dekabr 2006-ci il tarixdə xəstə qaynı Sirac vəfat edib. Siracın qırx mərasimi günü o, qayınanasının qonşu otaqda kiminləsə telefon vasitəsiylə danışıb güldüyünü hiss edib: ?Mən otağa girəndə qayınanam söhbətini yarımçıq kəsib mənə tapşırdı ki, otaqdan çıxım. Qapının arxasnıda dayanıb onun söhbətinə xəlvət qulaq asmalı oldum. O, kiməsə deyirdi ki, ?sabah Siracın ölüm haqqında şəhadətnaməsini götürüb bir bəhanə ilə evdən çıxaram?. Sabahı gün qapıda taksi dayandı, qayınanam Siracın ölüm kağızını götürüb mənimlə birlikdə evdən çıxdı və həmin taksiyə oturduq. Mən onun sürüyüclə danışığından başa düşdüm ki, bir gün əvvəl telefonda danışdığı oğlandır. Biz dənizkənarında yerləşən ?Göyərçin? kafesinə gəldik. Qayınanam dedi ki, ölüm kağızı almaq üçün kontora getməlidir, orada fasilədir. Ona görə də gərək burada oturub gözləyək. Çay içəndən sonra qayınanam mənə məsləhət gördü ki, ?sən hamiləsən, əziyyət çəkib bizimlə getmə, burada gözlə, kontora dəyib qayıdıram?. Sonra taksiyə oturdu, mən kafenin pəncərəsindən onların dalınca baxanda gördüm ki, onlar maşını dəniz kənarına sürdülər. Orada sürücü maşından düşüb arxa oturacağa ? qayınanamın yanına keçdi. Diqqətlə baxanda gördüm ki, oturacaqda uzanıblar. Onların orada nə hərəkətlə məşğul olduqlarını görmədim, 40 dəqiqədən sonra qayıdıb gəldidər, qayınanamın sifəti qızarmışdı, saçları dağınıq vəziyyətdə idi. Bundan sonra qayınanama göz qoymağa başladım. O, tez-tez telefonla ayrı-ayrı kişilərlə eşqdən, məhəbbətdən danışır, səhər evdən çıxır, qayınatam evə gələnə yaxın qayıdırdı. Keçən ilin oktyabrında axşam saatlarında Akifə Samir və Nizami adlı cavan oğlanları evə dəvət elədi. Qayınanam guya Samirin Təhminəni sevdiyini bildirsə də işığı söndürüb maqnitafonu qurub özü onunla rəqs etməyə başladı. Bir qədər sonra oğlanlar çıxıb getdilər. Həmin ərəfələrdə həmin oğlanlar bir dəfə də bizə gəldilər, qayınatamın qəflətən evə gəlməsi qayınanamı qorxuya saldı, qayınatam ayaqyoluya keçən kimi qayınanam onları xəlvət yola saldı?. Məhkəmə işin bütün hallarını araşdırandan sonra Əhməd Həsənovun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb.