Tovuzda ev oğurluğu ilə məzğul olan dəstə tutuldu

img

02-10-2009 [05:16]


Tovuz rayonu Düz Qırıqlı kənd sakini Vüqar İbrahimovun evindən pəncərədən girmək yolu ilə içərisində şəxsi sənədlər və qızıl əşyalar olan seyf oğurlanıb. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Səbuhi Bağırov və Elsevər Eybəliyev Şəmkir RPŞ əməkdaşları tərəfindən yaxalanıblar. Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zəhrət Bullayevaya qarşı quldurluq etmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Telman Qaracayev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 8-də Meşəşambul kənd sakini Murtuzəli Nuriyevin və iyulun 13-də Qullar kənd sakini Vahid Papaxovun evlərindən oğurluq etməsi müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA