Terror aktı törətmək istəyən dəstə üzvlərinə hökm oxunub

img

05-10-2009 [06:38]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İlqar Murquzovun sədrliyi ilə Azərbaycanda terrorçuluq, dövlətə xəyanət, casusluq və digər ağır cinayətlərdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi başa çatıb. Ğüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmə qarşısında cavab verən Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəcməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları ? Cavad Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov, Əfqan Balaşov ?Əl-Qaida?, ?Hizbullah? terror təşkilatları və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (?Sepah?) xüsusi idarəsi ilə əməkdaşlıq etməkdə də ittiham edilir. Məhkəmənin hökmü ilə Kərəki Əli Məhəmməd və Nəcməddin Əli Hüseyn 15 il, Vidadi Rəsulov 14 il, Müşfiq Amanov, Əfqan Balaşov və Cavad Məmmədov 12 il azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən, Livan vətəndaşları Kərəki Əli Məhəmməd və Nəcməddin Əli Hüseynin hər birinə 15 il, Cavad Məmmədov və Vidadi Rəsulovun hər birinə 14 il, Müşfiq Amanov və Əfqan Balaşovun isə hər birinə 13 il həbs cəzası verilməsini xahiş edib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 13 maddəsi ilə ittiham olunublar. Onlar Azərbaycanda İsrail səfrliyinin və Qəbələ RLS-in partladılması ilə bağlı hazırlıq işləri görüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA