Binədə dəhzətli qətl; Elbrus Əliyev tanızı tərəfindən qətlə yetirildi

img

14-10-2009 [12:56]


Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində qətl hadisəsi törədilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu gecə saat 01.00 radələrində Binə qəsəbəsi, Vaqif küçəsi, ev 8-də yaşayan Elbrus Əliyev şəxsi avtomobilindən düşüb evinə gedərkən bıçaqla qətlə yetirilib. Əzizbəyov rayon Polis İdarəsindən Müstəqil İnformasiya Agentliynə verilən məlumata görə, qətl hadisəsi şəxsi münasibətlərin pozulması nəticəsində baş verib. Rayon Prokurorluğundan isə bildiriblər ki, Elbrus Əliyevi tanışı Tərlan Həşimov qətlə yetirib. T.Həşimov E.Əliyevlə aralarında yaranmış mübahisə zamanı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. E.Əliyev 3 saylı Klinik Xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həşimov tutulub. Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. E.Əliyevin yaxınlarının MİA-ya verdiyi məlumata görə, o, ev-alqı satqısı və ev tikintisi ilə məşğul olurmuş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA