10 min 900 ədəd mina və hərbi sursat azkar edilib

img

05-10-2009 [04:19]


2009-cu ilin sentyabr ayı ərzində 2 milyon 714 min 014 kv.m ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, əməliyyat zamanı 10 min 900 ədəd partlamamış hərbi sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 nəfər mütəxəssis, 115 nəfər yardımçı heyət, həmçinin 5 mexaniki minatəmizələmə maşını və 30 minaaxtaran it iştirak edir. Təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonu ərazəilərində aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA