Göygöldə yazayız binası partladı: 3 yaralı

img

09-10-2009 [12:23]


Ötən gecə Göygöldə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binada partlayış olub. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızmasıdır. Partlayış nəticəsində Rövşən Nəsibov məhəlləsində yerləşən 5 saylı, 2 mərtəbəli, 16 mənzilli binadakı 5 mənzil yararsız hala düşüb. Mənzillər 1970-ci il təvəllüdlü Allahverdiyev Zaməddin Papır oğluna, 1974-cü il təvəllüdlü Abbasov Vaqif Yaşar oğluna, 1971-ci il təvəllüdlü Əhmədov Alik Həsən oğluna, 1972-ci il təvəllüdlü Məmmədov Elcan İlya oğluna, 1971-ci il təvəllüdlü Bayramov Azay Fərrux oğluna məxsusdur. Hadisənin hansı mənzildə baş verdiyi araşdırılır. Göygöl rayon Polis şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə zamanı mənzillərdə heç kim olmayıb. Ancaq binanın qarşısında duran 3 nəfər xəsarət alıb. Xəsarət alan Həsənov İbrahim Cumalı oğlu, Abbasov Raib Yaşar oğlu və Hacıyev Akif Əli oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA