Cəlilabadda faciə baz verib-2 ölü, 12 yaralı var

img

30-09-2009 [11:58]


Cəlilabad rayonunun Badamağacı kəndində faciə baş verib. Belə ki, sentyabrın 28-i axşam saatlarında rayon ərazisindən keçən 10 kilovoltluq elektrik xətti yağış yağması nəticəsində aşıb. Bir neçə gün işıqsız qalan kənd sakinləri öz gücləri hesabına aşmış elektrik dirəklərini bərpa ediblər. Sonra məftilləri çəkərkən, onların tam bərkidilməsinə nail ola biməyiblər. Məhz buna görə də məftillərdən biri yaxınlıqdan keçən telefon dirəyindəki kabelə bağlayıblar. Sonradan elektrik enerjisi kəndə verilərkən induksiya nəticəsində ərazidə yerləşən təxminən 30 evdə bütün telefonlar eyni vaxtda zəng çalmağa başlayıb. Telefona cavab verənləri hamısını elektrik cərəyanı vurub. Nəticədə 2 nəfər yerindəcə ölüb. 18 yaşlı Orxan Hakim oğlu Bəbirov hadisə yerinə ölüb, 60 yaşlı Dilşad İnşallah qızı Teymurova isə cərəyan vurmadan 3-4 saat sonra dünyasını dəyişib. 12 nəfər müxtəli dərəcəli yanıq yaraları alıblar. Hazırda xəstələrin vəziyyətinin stabil olduğu bildirilir. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA