Ər arvadını taxta parçası ilə döyüb öldürdü

img

17-10-2009 [11:19]


Bakı şəhərində ər həyat yoldaşını döyərək öldürüb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 17-də saat 16:30 radələrində Bakının Binəqədi rayonu ərazisində baş verib. Azadlıq prospektində 165 ünvanında 60 yaşlı Hacı Asif Hacı oğlu qısğanclıq zəmnində həyat yoldaşı 49 yaşlı Ziyafət Əliyevanı taxta parçası ilə döyərək öldürüb. O, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA