?Mezə qardazları?nın məhkəməsində videogörüntülər nümayiz etdirilib

img

17-09-2009 [06:48]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə ?Meşə qardaşları? silahlı birləşməsi üzvlərinin məhkəməsi davam etdirilib. Prosesdə cinayət işi üzrə sənədlər elan edilib. Daha sonra təqsirləndirilən Anar Vəlimətovun Milli Təhlükəsizlik Nazirliyində (MTN) verdiyi ifadənin, həmçinin əməliyyat zamanı dəstə üzvü Telman Abdullayevin zərərsizləşdirilməsi ilə bağlı videogörüntülər nümayiş etdirilib. Həmçinin, Qusar rayonunda tapılan, dəstəyə aid olan silah-sursatla bağlı videogörüntülər də nümayiş etdirilib. Məhkəmə prosesi sentyabrın 24-də davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA