Sabunçuda 13 yazlı məktəbli yol qəzasında ölüb

img

17-09-2009 [12:58]


Dünən saat 14.00 radələrində Sabunçu rayonu Savalan qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Fərid Abdullayev "BMW" markalı avtomaşını idarə edərkən həmyerlisi Əlmirzə Babayevi vurub. Nəticədə həmin vaxtdan dərsdən evə gələn 13 yaşlı məktəbli Ə.Babayev hadisə yerində ölüb. Cəlilabad rayonu ərazisində Masallı rayon sakini Arzuman Əliyevin idarə etdiyi "Mercedes" markalı və Cəlilabad rayon sakini Rəşadət Xubalıyevin idarə etdiyi "QAZ-3302" markalı avtomaşınlar toqquşub. Nəticədə Ə.Əliyev hadisə yerində ölüb, xəsarət almış R.Xubalıyev və sərnişini Rəna Əliyeva isə xəstəxanaya yerləşdiriliblər. Kürdəmirdə isə Cöhranlı kənd sakinləri Ramiq Rəcəbovun idarə etdiyi "VAZ-2107" markalı, Nağı İsmiyevin idarə etdiyi "QAZ-53" markalı və Neftçala rayon sakini Emil Sahilovun idarə etdiyi "Opel" markalı avtomaşınlar toqquşub. Nəticədə E.Sahilovun sərnişini, atası İmadəddin hadisə yerində ölüb, xəsarət almış E.Sahilov, R.Rəcəbov və onun sərnişini, anası Bəsti isə xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA