DIN gücləndirilmiz iz rejiminə keçəcək

img

14-09-2009 [02:59]


Sabah Azərbaycanda yeni dərs ili başlayır. Bununla əlaqədar olaraq, ölkə polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, polisin gücləndirilmiş iş rejiminə keçməsinin səbəbi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, polis əməkdaşları ölkədəki bütün ali və orta təhsil müəssisələrində bilik günü münasibəti ilə keçiriləcək tədbirlərdə təhlükəsizliyi və asayişi təmin edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA