Gəncə sakini həyat yoldazını və oğlunu öldürüb

img

05-09-2009 [01:44]


Gəncə sakini arvadını və iki yaşlı uşağını qətlə yetirib. Həyat yoldaşı ilə boşanan ər, öncə arvadını mətbəxt bıçağı ilə qətlə yetirib, daha sonra isə bir yaşlı oğlunu boğaraq öldürüb. Faciəyə səbəb ərlə arvad arasında mülk davası olub. Hadisə dünən, sentyabrın 4-də axşam saat 22 radələrində Yeni Gəncə qəsəbəsində baş verib. Bu haqda məlumatı anspress-ə Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev verib. Onun sözlərinə görə, Gəncə şəhər sakini, 45 yaşlı Akif Əhməd oğlu Sədri ayrıldığı həyat yoldaşı 38 yaşlı İlhamə Əvəz qızı Məmmədovanın yaşadığı ünvana gəlib və bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə Akif İlhaməni bıçaqlayıb və daha sonra öz 2008-ci il təvəllüdlü oğlu Əlini boğaraq qətlə yetirib. Hadisə yerindən uzaqlaşan Akif tezliklə polis tərəfindən saxlanılıb. O, polisə müsahibəsində boşandığı həyat yoldaşı İlhamə ilə münasibətlərinin o qədər də isti olmadığını bildirib. Belə ki, onların bir neçə müddətdir ki, məhkəmədə mənzil üstə davaları var imiş. Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA