Polislərdən ibarət dəstənin məhkəməsində zahid ifadələri dinlənilib

img

09-09-2009 [07:36]


Ağır Cinayaətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə Bakıda on il ərzində silahlı basqınlar törətməkdə ittiham olunan daxili işlər orqanlarının sabiq əməkdaşları Mehdi Əmirəliyev, İrac Nəsrullayev, Ceyhun Qarayev, İsmayıl Feyziyev, Seyran Bağırov və Rauf Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə şahid qismində Nizami Qəhrəmanov ifadə verib. Şahid ona məxsus ?QazEl? markalı yük avtomobilinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Sonradan isə maşının nömrəsinin təqsirləndirilən Mehdi Əmirəliyev tərəfindən oğurlandığı ona məlum olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, şahidin ifadəsini təsdiqləyən Mehdi Əmirəliyev həmin nömrəni VAZ-2107 markalı maşınının nömərisinin yerinə bağladıqlarını və silahlı basqın hadəsəsində istifadə etdiklərini bildirib. Daha sonra prosesdə şahid qismində Elşən İsmayılov ifadə verib. E.İsmayılov bildirib ki, işlədiyi idarənin yaxınlığında valyutadəyişmə məntəqəsinə basqın edilib. Sonda hakim şahid ifadələrinin dinlənilməsinin başa çatdığını və növbəti prosesdə sənədlərin elan ediləcəyini bildirib. Qeyd edək ki, MTN əməkdaşlarının ötən il sentyabrın 26-da keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yasamal rayon Polis İdarəsində Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsində məsul vəzifələrdə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsində işləmiş Mehdi Əmirəliyev həbs edilib. Onunla bərabər əvvəllər DİN orqanlarında yüksək vəzifə sahibi olmuş daha iki nəfər - İrac Nəsrullayev və Ceyhun Qarayev də tutulub. Bu cinayət işi üzrə ibtidai istintaq dövründə dəstənin digər üzvləri İsmayıl Feyziyev, Seyran Bağırov və Rauf Rzayev həbs ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA