Xızıda 45 yazlı qadın öz mazınında odlu silahla qətlə yetirilib

img

24-09-2009 [01:18]


Xızı rayonunda silahlı insident baş verib. Hadisə rayonun Şurabad kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Sevda Hüseynovanın idarə etdiyi ?Nissan? markalı avtomobilə silahlı basqın edilib. Naməlum şəxs S. Hüseynovanı başından atəş açaraq qətlə yetirib. Bu barədə APA-ya Xızı rayon Prokurorluğundan məlumat verilib. Xızı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elvin Quliyev tutulub. Ondan bir ədəd ?Vinçester? markalı tüfəng götürülüb. Onun hadisəni həmin silahla törətdiyi ehtimal olunur. S. Hüseynovanın meyiti isə müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Hadisənin baş vermə səbəbləri barədə hələlik məlumat verilmir. Faktla bağlı Xızı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA