Ali Məhkəmənin qərarını saxtalazdırmaqda təqsirləndirilən zirkət rəhbəri həbs edilib

img

09-09-2009 [06:49]


Son günlər Ali Məhkəmənin fəaliyyətinin yoxlanılması və bu qurumun fəaliyyətində ciddi qanun pozuntularına yol verilməsinə dair mətbuatda yayılan məlumatlara bu aydınlıq gətirilib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, Ali Məhkəmənin yaydığı məlumata görə, Gəncə Apellyasiya Məhkəməsinin 2008-ci il 24 iyul tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı Hasan Tarım Yakupa Azərbaycan CM-nin 263.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) il müəyyən edilib. Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 2009-cu il 9 iyun tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin qeyd edilən qərarının surəti məhkumun cəza çəkdiyi müəssisəyə göndərilib. Lakin buna baxmayaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin xüsusi şöbəsindən 2009-cu il avqustun 24-də Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının katibliyinə daxil olmuş şifahi məlumatla müəyyən olunub ki, məhkum Hasan Tarım Yakupun barəsində həmin kollegiyanın 2009-cu il 9 iyun tarixli qərarının olmasına baxmayaraq, hazırda müəssisəyə onun cəzasının Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 2009-cu il 17 iyul tarixli qərarı ilə dəyişdirilərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə əlavə qərar təqdim edilib. Bununla əlaqədar dərhal cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verilib ki, Ali Məhkəmənin 2009-cu il 9 iyun tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən məhkum Hasan Tarım Yakupa Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin olunmuş 8 il azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılıb, təqdim olunan 2009-cu il 17 iyul tarixli qərar saxtadır. Göstərilən məlumata müvafiq olaraq məhkum Hasan Tarım Yakup müəssisədən buraxılmayıb. Həmin saxta sənəd Ali Məhkəmə tərəfindən araşdırılıb hüquqi qiymət verilməsi üçün 2009-cu il avqustun 25-də Baş Prokurorluğa göndərilib. Baş prokurorun 2009-cu il 26 avqust tarixli qərarı ilə Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 2009-cu il 9 iyun tarixli qərarının istifadə məqsədi ilə saxtalaşdırılması faktı üzrə CM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə həvalə olunub İbtidai istintaq zamanı müəyyən edilib ki, ?AzPak Kompanen? şirkətində icraçı direktor vəzifəsində işləyən Kənan Şərifov tərəfindən Ali Məhkəmənin 2009-cu il 9 iyun tarixli qərarı saxtalaşdırılaraq, məzmununa məhkum Hasan Tarım Yakupun cəzasının yüngülləşdirilərək, guya sonuncunun cəzasının 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunması barədə yalan məlumatlar daxil edilib. Törətdiyi cinayət əməlinə görə Kənan Şərifov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin məlumatında o da qeyd olunur ki, bu məsələ ilə əlaqədar ?Yeni Müsavat? qəzetində Ali Məhkəmədə ciddi yoxlamalar aparılması barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib: ?Qeyd olunması zəruridir ki, Azərbaycan Konstitusiyasında təsbit edildiyi kimi, məhkəmələr hakimiyyətin bir qolu olmaqla, öz səlahiyyətləri daxilində müstəqil fəaliyyət göstərirlər və onların, o cümlədən Ali Məhkəmənin fəaliyyəti hər hansı icra orqanı tərəfindən yoxlanıla bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA