Hüseyn Arabulun məhkəmə istintaqı baza çatdı, dövlət ittihamçısı ona sentyabrın 10-da cəza istəyəcək

img

07-09-2009 [06:30]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə Azərbaycan Dövlət Sərhəddini qanunsuz keçməkdə və dövlət məmuruna 30 000 manat rüşvət təklif etməkdə təqsirli bilinən ?Barmek-Azərbaycan Elektrik şəbəkəsi? Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Hüseyn Arabul, Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərovun məhkəmə prosesi davam etdirilib. Prosesdə iş üzrə sonuncu şahid olan ?Həsənsu? restoranında işləyən Elşad Bayramovun ifadəsi elan edilib. Həmin ifadədə E. Bayramov restoranda H.Arabulu və onunla birlikdə iki türk vətəndaşını gördüyünü bildirib. Şahid H.Arabulun restorandan qazlı su aldığını, sonra çay içib oranı tərk etdiyini bildirib. Bundan sonra cinayət işinin digər materialları elan edilib və hakim məhkəmə istintaqının yekunlaşdığını bildirib. Bundan sonra hakim çıxış üçün dövlət ittihamçısına söz verib. Prokuror çıxış üçün məhkəmədən 4 gün vaxt istəyib. Proses sentyabrın 10-da davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA