Taksi sürücüsü ilə Nəqliyyat Departamentinin əməkdazlarının davasında qan töküldü

img

12-09-2009 [05:29]


Bu gün Bakı Avtovağzalında taksi sürücüləri ilə Nəqliyyat Departamentinin əməkdaşları arasında insident baş verib. Taksi sürücülərinin ANS PRESS-ə verdiyi məlumata görə, günorta saatlarında Nəqliyyat Departamentinin 4 nəfər əməkdaşı avtovağzala gələrək, taksi sürücüsü kimi fəaliyyət göstərən Kəlbəcər rayonundan məcburi köçkün 36 yaşlı Mehman Atakişiyevdən aylıq lisenziya pulunu istəyib. Pulun ödənilməsi üçün vaxt istədikdə, isə departament əməkdaşları avtomobilin dövlət nömrə nişanını açmaq istəyiblər. Bu vaxt tərəflər arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Departament əməkdaşları Mehman Atakişiyevə yumruqla vuraraq xəsarət yetiriblər. Hadisə yerinə özünü yetirən Mehman Atakişiyevin qardaşı, yaxınlıqda taksi kimi fəaliyyət göstərən Asiman aranı sakitləşdirmək istəyib. Bu zaman Elvin adlı departament əməkdaşı əlindəki vintaçan ilə onu vurub. Bunu görən Asiman Atakişiyev Departament əməkdaşının əlindən vintaçanı alaraq onun boğaz nahiyəsinə yüngül xəsarət yetirib. Hadisə yerinə təcili yardım çağırılıb. Xəsarət alan Asiman Atakişiyevin əlinə tikiş qoyulub. M. Atakişiyev hadisənin başvermə səbəblərini ANS PRESS-ə belə açıqlayıb: ?Həmişə aylıq lisenziya pulunu məni döyən departament əməkdaşlarına verirdim. Onlar lisenziya pulunu gecikdirəndə güzəşt etmirdilər. Buna görə də lisenziya haqqını mənə güzəşt edən digər departament əməkdaşına vermək qərarına gəlmişdim. Onları da qıcıqlandıran mənim bu hərəkətim olub?. Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin təhqiqatçşısı Avtandil Bayramov ANS PRESS-ə bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır. Təhqiqatçının sözlərinə görə, toplanmış materiallar prokurorluğa təqdim olunacaq. O, bunu departament işçilərinin hərəkətləri ilə bağlı çoxsaylı şikayətlərin daxil olması ilə əlaqələndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA