Aygün Kazımova qalibi yenə aldatdı

img

06-09-2009 [06:08]


[b]Müğənni budəfəki konsertində vəd verdiyi avtomobili özünə saxladı[/b] Dünən axşam nəhayət ki, xalq artisti Aygün Kazımovanın Yaşıl Teatrdakı konserti reallaşdı. Konsert başlanan kimi səhnədə görünən müğənni Gürcüstandan dəvət edilən rəqs qrupu ilə şousuna start verdi. Gürcü rəqs ustalarının müşayiəti ilə demək olar ki, şou əhval-ruhiyyəsi yaranmışdı. Bu dəfəki layihəsində qeyri-adi imiclə səhnəyə çıxacağını deyən A.Kazımova sadəcə saçını uzatmışdı. Konsert müddətində Aygün xanım tez-tez paltarlarını dəyişirdi. Arada ağ gəlinlik geyən müğənni tamaşaçılarına ərə getmək istəməsi ilə bağlı mesaj da verdi. "Ya devoçka Vostoçnaya" mahnısını oxuyanda isə gözəl müğənni həddindən artıq açıq-saçıq paltarla səhnəyə çıxdı. Onun bu addımı izləyicilər tərəfindən də xeyli alqışla qarşılandı. A.Kazımovanın konsertinə demək olar ki, şou aləmindən heç kim qatılmamışdı. Konsertdə Namiq Qaraçuxurlu özü bir mahnı, Aygün xanımla isə bir duet oxudu. Sonra meydan müğənninin qızı İlqarəyə verildi. İlqarə də bir neçə, o cümlədən ərəb dilində mahnı oxudu. Qeyd edək ki, konsertin sponsorlarından olan "Pal süd" konsert zamanı ehsan da payladı. Bundan əlavə, sponsor şirkətin keçirdiyi uduş kampaniyasının nəticələrində də anlaşılmazlıq oldu. Belə ki, bir neçə qalibin adı çəkilsə də, əsas prizin, yəni avtomobilin sahibi görünmədi. Xatırladaq ki, Aygün Kazımova bundan əvvəlki konsertlərində də sonda avtomobil veriləcəyini bildirsə də, nəticədə heç bir uduş olmur. Bu konsertdə də avtomobilin sahibi tapılmadı və əsas priz müğənninin özünə qaldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir

12:51 02.05.2025

Sabah yağış yağacaq