Hüseyn Arabulun məhkəməsində zahidlər dindirilib

img

04-09-2009 [05:10]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə Azərbaycan Dövlət Sərhəddini qanunsuz keçməkdə və dövlət məmuruna 30 000 manat rüşvət təklif etməkdə təqsirli bilinən ?Barmek-Azərbaycan Elektrik şəbəkəsi? Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Hüseyn Arabul, Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərovun məhkəmə prosesi davam etdirilib. Prosesin əvvəlində Ağstafa rayon sakini Svetlana İsayeva şahid qismində dindirilib. Ağstafada yerləşən Həsənsu restoranında işləyən şahid təqsirləndirilənləri tanımadığını, amma axşam saatlarında Hüseyn Arabula bənzər şəxsi restoranda iki nəfərlə birgə gördüyünü bildirib. S.İsayeva restoranda gördüyü şəxslərin bir neçə dəqiqədən sonra oranı tərk etdiklərini vurğuladı. Təqsirləndirilən Hüseyn Arabul isə şahidi xatırlamadığını bildirib: ?Ağstafadakı restoranda çay içəndən sonra nə baş verdiyini xatırlamıram: ?Özümü pis hiss etdiyimdən heç nə yadımda qalmayıb. Restoranda mənə cavai bir oğlan çay verdi. Çayı içdikdən sonra özümü pis hiss etdim. Sonra nə baş verdiyini xatırlamıram?. Məhkəmə prosesi sentyabrın 7-də davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA