13 yazlı məktəbli bilik günündə intihar etdi

img

15-09-2009 [11:06]


Bakının Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, bu gün gecə saat 01.00 radələrində rayonun 1-ci Baksol yaşayış massivində yaşayan rayon sakini 1996-cı il təvəllüdlü Süleyman Kərimov özünü evin sanitar qovşağında iplə asıb. Hələlik S.Kərimovun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA