?Gənclik?də özünü güllələyən biznesmenin borcu varmız

img

01-09-2009 [11:40]


Dünən ?Gənclik? mntrostansiyasının yaxınlığında özünü ?Vinçestr? silahı ilə vuran Kənan Nağıyev özünə gəlib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən K.Nağıyev gecə saat 12-01 radələrində ayılıb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən hadisəylə bağlı təhqiqat aparan hüquq-mühafizə əməkdaşları verib. Verilən məlumata görə, K.Nağıyev ayılandan sonra ondan ilkin ifadə alınıb. K.Nağıyev deyib ki, özünə qəsd etməsi maliyyə məsələsi ilə bağlıdır. Belə ki, K.Nağıeyvə biznesmen tanışlarından birinin borcu olub. K.Nağıyevin isə başqa birisinə verəcəyi varmış, ondan alacağı pulu başqasına verməli imiş. Qarşı tərəf K.Nağıeyvi sıxışdırdığından o, belə bir addım atmağa məcbur olub. Qeyd edək ki, hələlik məsələylə bağlı rəsmi orqanlar tərəfindən məlumat verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA