Hərbi Dəniz Qüvvələrinin əsgəri xidməti silahı ilə özünü öldürüb

img

22-08-2009 [10:03]


Azərbaycan Silahlı Qüvvələrində intihar hadisəsi baş verib. Müdafiə Nazirliyinin Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində xidmət edən əsgər 18 yaşlı Rəşad Talıbov özünü xidməti silahı ilə öldürüb. Əsgərin qardaşı Ayaz Talıbov bildirib ki, qardaşının özünü öldürməsi barədə meyiti gətirən hərbçilər deyib. A.Talıbov isə qardaşının özünü öldürməsinə inanmadığını deyir. Onun sözlərinə görə, qardaşının qollarında çapıqlar və bel nahiyəsində qançır yerləri olub. Qeyd edək ki, R. Talıbov 2009-cu ilin aprelində İsmayıllı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb. Əsgər, doğulduğu İsmayıllı rayonu Keyvəndi kəndində dəfn olunub. Faktla bağlı dəflərlə cəhd edilsə də, Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA