Bakıda taksi sürücüsünü qarət edən iki nəfər həbs olundu

img

27-08-2009 [01:56]


Dünən saat 05.30 radələrində Suraxanı rayonu ərazisində, 2 naməlum şəxs Bakı şəhər sakini Yuri Kovalenkonun idarə etdiyi ?VAZ-2106? markalı avtomaşına sərnişin qismində oturub, Hövsan qəsəbəsinə gedəcəklərini bildiriblər. Hövsan qəsəbəsi ərazisində onlar, Y.Kovalenkonu bıçaqla hədələyərək avtomaşınını ondan alıblar. DİN-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Suraxanı RPİ 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Cəbi Əliyev və Akif Cavadov tutulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA